Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə görüşüb

   Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə görüşüb
  02 Mart 2024    Oxunub:668
2 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazirlər, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN   Qazaxıstan   görüş  





Xəbər lenti