Sərhədi pozmağa cəhd göstərən əfqanlar saxlanılıb

Sərhədi pozmağa cəhd göstərən əfqanlar saxlanılıb
  04 Mart 2024    Oxunub:798
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşlarını saxlayıblar.
Bu barədə AzVision.az -a DSX-dən məlumat verilib. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində sərhədi pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və Osmani Fazil Əhməd oğlu saxlanılıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti