Xaçmaz dəmir yolu stansiyasında ölümlə nəticələnən qəza baş verib

Xaçmaz dəmir yolu stansiyasında ölümlə nəticələnən qəza baş verib
  04 Mart 2024    Oxunub:867
Bu gün saat 14:15 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil qatarın qarşısına çıxıb.
AzVision.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

AzVision.az


Teqlər:





Xəbər lenti