Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib

   Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib
  04 Mart 2024    Oxunub:810
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov bu barədə sərəncam imzalayıb.

Ləğv edilmiş müəssisənin maliyyə aktivləri Naxçıvan Muxtar Respublikasının büdcəsinə, digər əmlakları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 yanvar tarixli 55/S nömrəli Sərəncamında nəzərdə tutulan daşınmaz əmlak istisna olmaqla) və nəqliyyat vasitələri isə özəlləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilib.

AzVision.az


Teqlər: Naxçıvan   müəssisə   ləğv  





Xəbər lenti