"Neftçi"nin bazasına hücum edənlər cəzalandırılıb

   "Neftçi"nin bazasına hücum edənlər cəzalandırılıb
  04 Mart 2024    Oxunub:676
Paytaxtın Xətai rayonunda yerləşən "Neftçi" futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər: Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən olunaraq saxlanılıblar.

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimələnib.

AzVision.az


Teqlər: hadisə   futbol   azarkeş  





Xəbər lenti