Möminə Xatun türbəsinin qarşısındakı yarımçıq tikili nədir: Tualet, yoxsa yarımstansiya?!

 Möminə Xatun türbəsinin qarşısındakı yarımçıq tikili nədir:  Tualet, yoxsa yarımstansiya?!
  19 Mart 2024    Oxunub:2511
Naxçıvan Muxtar Respublikasının tarixi memarlıq abidəsi Möminə Xatun məqbərəsinin yaxlnlığında tikinti işləri aparılmasına dair məlumat paylaşılıb. İddia olunur ki, məqbərinin qarşısındakı həmin tikili ayaqyoludur. Bu isə Naxçıvan sakinləri tərəfindən birmənalı qarşılanmayıb.
Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı yayılan məlumatlara Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən aydınlıq gətirilib.

İcra Hakimiyyətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Naxçıvanın simvollarından biri olan Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı dəqiqləşdirilmədən yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Naxçıvan şəhərinin Əcəmi seyrəngahı ərazisində Muxtar Respublikanın Dövlət Energetika Xidməti tərəfindən başladılan tikinti işləri 2023-cü ilin noyabr ayından Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində dayandırılıb. Həmçinin ərazinin razılaşdırılmadan istismarına icazə verilmədiyinə dair xəbərdarlıq edilib. Xidmət tikinti işlərinin başladılmasını 459 nömrəli yarımstansiyanın köhnə olması və təhlükəsizlik nöqteyi-nəzərindən qurğu və avadanlıqların qapalı tikilinin içərisində quraşdırılması ilə əsaslandırıb. Xidmət tərəfindən bildirilib ki, növbəti mərhələdə seyrangahın görünüşünə xələl gətirən digər hava elektrik verilişi xəttinin yeraltı kabel xəttinə keçirilməsi işləri də aparılacaq. Bütün bunları nəzərə alaraq İcra Hakimiyyəti tərəfindən uyğun yer seçilməsi ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Abidənin tarixiliyi nəzərə alınaraq aparılan işlər yekunlaşdıqdan sonra tarixi abidəyə heç bir xələl gətirmədən elektrik xətlərinin çəkilməsi və qanunauyğun formada nəzərdə tutulan yarımstansiyanın qurulması üçün müvafiq yer ayrılacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti