Silahı gözübağlı söküb-yığan Ayan: "Hərbçi olmaq istəyirəm" - Video/Fotolar

 Silahı gözübağlı söküb-yığan Ayan:  "Hərbçi olmaq istəyirəm" - Video/Fotolar
  08 Aprel 2024    Oxunub:4439
Bakıda orta məktəb şagirdinin gözübağlı silahı söküb-yığması ilə bağlı görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Məktəblinin silahla peşəkar davranışı hər kəsin diqqətini cəlb edib.
AzVision.az xəbər verir ki, həmin şagird Ayan Həsənovadır. O, Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. Ayanın hərb işinə böyük marağı var.

“2008-ci il aprelin 1-də Bakıda anadan olmuşam. Ailədə özümdən savayı 2 bacım, bir qardaşım var. Mən böyük övladam. Məktəbimizin “Şahinlər” komandasının kapitanı, 10b tağımının komandiriyəm”,- Ayan bildirir.

Onun sözlərinə görə, silahı söküb-yığmağı müəllimindən öyrənib: “Ailəmizdə hərbçi yoxdur. Mənim bu sahəyə marağım məktəbdən yaranıb. Silah sökməyi və yığmağı məktəbimizdə Sadıqov Muraz müəllimdən öyrənmişəm. Muraz müəllim bizim məktəbin hərbi rəhbəridir. Həmçinin Vətən müharibəsi veteranı və qazisi, ehtiyatda olan polkovnik-leytenatdır".

Ayan deyir ki, I ixtisas qrupu üzrə hazırlaşır: "Gələcəkdə hərbçi olmağı hədəfləmişəm”.











Həmidə İbrahimova
AzVision.az


Teqlər: Silah  





Xəbər lenti