Ordumuzun mövqeləri atəşə tutulub

   Ordumuzun mövqeləri atəşə tutulub
  12 Aprel 2024    Oxunub:967
Aprelin 12-i saat 16:50 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Azərbaycan-Ordusu  





Xəbər lenti