Hindistan öz vətəndaşlarını İran və İsrailə səfər etməməyə çağırıb

   Hindistan öz vətəndaşlarını İran və İsrailə səfər etməməyə çağırıb
  12 Aprel 2024    Oxunub:1625
Hindistanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına regiondakı vəziyyəti nəzərə alaraq növbəti xəbərdarlığadək İran və İsrailə getməməyi tövsiyə edib.
AzVision.az xəbər verir ki, nazirlik bu barədə yazılı bəyanat yayıb.

Bəyanatda həmçinin sözügedən ölkələrdə yaşayan Hindistan vətəndaşlarından səfirliklərlə əlaqə saxlamaları, təhlükəsizlik tədbirləri görmələri və ölkə daxilində hərəkətlərini məhdudlaşdırmaları tələb olunub.

Xatırladaq ki, aprelin 1-də İsrailin Suriyanın paytaxtı Dəməşq şəhərindəki İran konsolluğuna hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 7 yüksək vəzifəli nümayəndəsi ölüb. Hücumun arxasında ABŞ-nin dayandığı iddiasını irəli sürən İran "tezliklə cavab veriləcəyini" vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Hindistan   İran   İsrail  





Xəbər lenti