Qəza nəticəsində maşında sıxılı qalan şəxs xilas olunub - VİDEO

Qəza nəticəsində maşında sıxılı qalan şəxs xilas olunub -    VİDEO
  12 Aprel 2024    Oxunub:1224
Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88-ci kilometrində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (HN) "112" qaynar xəttinə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ 2107" markalı minik avtomobili ilə "KİA Ceed" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü - 1974-cü il təvəllüdlü Baxışov Kamil Ceyhun oğlu deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər: FHN   hadisə   qəza  





Xəbər lenti