Şirvan sakini Kəlbəcərdə çayda boğularaq ölüb

Şirvan sakini Kəlbəcərdə çayda boğularaq ölüb
  12 Aprel 2024    Oxunub:1187
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə avtomobil qəzası nəticəsində 1 nəfərin Turquçayın Kəlbəcər rayonu, Comərd kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən əməliyyat nəticəsində Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Şahbazov Rəhim İbrahim oğlunun cəsədi batdığı ehtimal olunan yerdən 200 metr aralıda çaydan dalğıclar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN   hadisə   qəza  





Xəbər lenti