Məktəblilərin cərəyan nəticəsində ölümü ilə bağlı cinayət işi açılıb

   Məktəblilərin cərəyan nəticəsində ölümü ilə bağlı cinayət işi açılıb
  15 Aprel 2024    Oxunub:1051
İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisində yerləşən tikilinin üzərindən keçən hava elektrik xəttinə toxunmaları səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölmələri faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

AzVision.az


Teqlər: İmişli   prokurorluq   cinayət-işi  





Xəbər lenti