Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

   Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb -  YENİLƏNİB
  15 Aprel 2024    Oxunub:1248
Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
XİN-dən AzVision.az-a verilənn məlumata görə, görüş zamanı nazir Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşdüyümüz qardaş Özbəkistan Respublikası ilə ölkəmiz arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin nümunəvi xarakterə malik olduğunu bildirib.

Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və digər sahələr üzrə çoxşaxəli münasibətlərin məzmunca zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüşdə həmçinin iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

* * *

19:51
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovu qəbul edib.
AzVision.az "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, onlar iki ölkə arasında strateji tərəfdaşlığın, çoxşaxəli əməkdaşlığın genişləndirilməsi perspektivlər ilə bağlı müzakirə aparıblar.

Görüşdə əməkdaşlığın 10 yeni istiqaməti, habelə gələcək görüş və tədbirləri nəzərdən keçirilib.

AzVision.az


Teqlər: Azərbaycan   Özbəkistan  





Xəbər lenti