TƏBİB-dən Aytən Səfərova ilə bağlı açıqlama

   TƏBİB-dən Aytən Səfərova ilə bağlı açıqlama
  17 Aprel 2024    Oxunub:1145
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) teleaparıcı Aytən Səfərovanın səhhəti ilə bağlı məlumat yayıb.
Bildirilir k, aparıcının hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır. Əlavə məlumat veriləcək.
Aytən Səfərova qəzaya düşdü, ölən və yaralı var - YENİLƏNİB


Qeyd edək ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti