Dəmirlə zənginləşdirilmiş un satılacaq

   Dəmirlə zənginləşdirilmiş un satılacaq
  18 Aprel 2024    Oxunub:638
“Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb”.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

"Yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək. Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə, ticarət şəbəkələrində satılan adi unla yanaşı, dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”,- deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti