Yeni kaledoniyalı parlamentari Azərbaycana təşəkkür edib

   Yeni kaledoniyalı parlamentari Azərbaycana təşəkkür edib
  18 Aprel 2024    Oxunub:741
Bizə göstərdiyi dəstəyə, müstəmləkəçiliyə qarşı və müstəqillik uğrunda mübarizəmizdə yanımızda olduğuna görə Azərbaycan dövlətinə təşəkkür edirik.
Bu barədə Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayra "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda keçirilən elmi konfransda bildirib.

O qeyd edib ki, Yeni Kaledoniyada nümayişlərdə minlərlə insan küçələrə axışaraq həm kanak, həm də Azərbaycan bayraqlarını birgə qaldırıb.

“Doğrudan da bizim üçün tarixi gündür. Çünki biz bu gün Azərbaycan Milli Məclisinin sədri ilə iki ölkə arasında əməkdaşlıq memorandumu imzaladıq. Bu, özündə siyasi dəstəyi ehtiva edir. Eyni zamanda, bundan sonra iqtisadiyyat, mədəniyyət, ətraf mühit kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Bizim üçün yeni bir səhifə açılır. Bu gün iki xalq arasında yeni tarixin başlanğıcını qoyuruq”, - deyə Naisseline Omayra əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti