BDU-nun tələbəsi intihar etdi - Foto

   BDU-nun tələbəsi intihar etdi -    Foto
  19 Aprel 2024    Oxunub:784
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğlu Nəsirov kirayə yaşadığı evdə intihar edib. Onun meyiti eyvanda asılı halda aşkar edilib.
2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi. BDU rəhbərliyi tələbəmizin vəfatından kədərlənir və ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:





Xəbər lenti