Lalə Azərtaşın verilişi bağlanacaq

    Lalə Azərtaşın verilişi bağlanacaq
  19 Aprel 2024    Oxunub:981
Xəzər Televiziyası may ayından “Təsir dairəsi” verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.
AzVision.az xəbər verir ki, bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib.

“Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayının ortalarından “Təsir dairəsi” verilişinin efir vaxtının yarım saat azaldılmasını planlaşdırırıq.

Növbəti televiziya ilindən isə, güman ki, sözügedən verilişin əvəzinə daha sanballı, insanların problemlərini daha çox həll etməyə qadir, milli mentalitetimizə, milli dəyərlərimizə daha uyğun layihələrlə efirə gəlməyi planlaşdırırıq”, - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, verilişin aparıcısı Lalə Azərtaşdır.

AzVision.az


Teqlər:





Xəbər lenti