"Xüsusi Magistr sertifikatı olmalıdır" - Ekspertdən təklif

   "Xüsusi Magistr sertifikatı olmalıdır" -    Ekspertdən təklif
  02 May 2024    Oxunub:846
Xəbər verdiyimiz kimi, magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb. Sosial şəbəkələrdə imtahanın çətin keçməsi haqqında müzakirələr gedir.

Maraqlıdır, ümumi olaraq imtahanın çətinlik səviyyəsi necə idi?
Təhsil eksperti Elşən Qafarovun fikrincə, magistratura imtahanları çətin keçməyib:

“Magistraturanın təşkili bizim ali təhsil müəssisələrimizdə yumşaq dildə desək, bərbaddır. Qəbul çox bəsit formada aparılır. Təəssüflər olsun ki, bu gün magistraturada təhsil alanların özləri magistraturaya niyə daxil olduğunu bilmir. Onlar üçün sadəcə magistraturaya daxil olmaq lazımdır. Elmlər Akademiyasında, elmi institutlarda, müəssisələrdə elmi iş aparmaq, o cümlədən ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq üçün magistratura təhsili tələb olunur”.



Ekspert qeyd edib ki, təcrübələrə görə, magistratura təhsili alanların böyük əksəriyyəti sonrakı dövrdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmur və yaxud da sonrakı səviyyə olan doktoranturada təhsillərini davam etdirmirlər:

"Magistraturanı o şəxslər oxumalıdır ki, onlar doğrudan da özlərinə gələcək qursun, karyera yolunda elmi araşdırmalar aparasın, hədəfləri elmi dərəcə almaq, müdafiə etmək olsun.

Bu günün tələblərindən biri də xarici dildir. Elmi araşdırmaları aparmaq üçün hökmən hər hansı xarici dil bilgisi yüksək səviyyədə olmalıdır. Bir neçə il bundan öncə bu məsələ doktoranturaya tətbiq olundu. Düşünürəm ki, magistraturaya da ingilis dili üzrə beynəlxalq dil proqramlarına uyğun sertifikat tələb olunmalıdır. Məsələn İELTS, TOEFL kimi”.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti