AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib

   AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib
  26 Noyabr 2024    Oxunub:277
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti