Azercell media nümayəndələri üçün təlim təşkil edəcək
Təlimdə iştirak etmək istəyən jurnalistlərdən qeydiyyatdan keçmək xahiş olunur. Çap və elektron kütləvi informasiya vasitələrində ən azı bir il iş təcrübəsinə malik media nümayəndələri müvafiq anketi dolduraraq şəxsi məlumatları ilə yanaşı, son 6 ay ərzində (25.11.2014 tarixinə kimi) texnologiya, innovasiya, rəqəmsal inkişaf mövzularında dərc etdikləri məqalələrini/yazılarını da təqdim etməlidirlər.
Müraciətlər Mətbuat Şurasının üzvü daxil olmaqla, bu sahənin ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Bütün kriteriyalara uyğun gələn jurnalistlərə təlimdə iştirak üçün xüsusi dəvətnamə göndəriləcək.
Son müraciət tarixi: 01.12.2024
Azercell-in təşəbbüsləri və qarşıdan gələn tədbirlər haqqında ətraflı məlumat üçün daxil ola bilərsiniz.
Teqlər: Azercell