"Mənzil bazarında QİYMƏTLƏR ARTACAQ " - Ekspert
Onun sözlərinə görə, mənzil bazarında qiymət azalması müşahidə olunmur:
"Nisbi də olsa qiymət artımı davam etməkdədir. Bu artımlar aylıq 5-10 faiz göstəricilərlə ifadə olunmur. İndiki halda artımların nə zamana qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bunun səbəbi bilavasitə makroiqtisadi amillərlə deyil, əsasən daşınmaz əmlak bazarında bütün proseslərin ilkin mənzil bazarından asılılığı və yeni tikililərlə bağlıdır. İnvestorların, tikinti şirkətlərinin əksəriyyətində kifayət qədər maliyyə resursları mövcuddur. Buna görə də şirkətlər dövriyyə vəsaitlərindən asılı deyillər".
Ekspert qeyd edib ki, investorlar mənzil sata bilməsələr də, tikintini davam etdirmək iqtidarındadırlar:
"Onların maliyyə imkanları yetəri qədərdir. Bu baxımdan qiymətləri düşürməyə, alıcını cəlb etmək kimi stimullaşdırıcı addımlar atmağa ehtiyac duymurlar. Belə olan halda qiymətlərdə azalma gözlənilən deyil. Tikinti şirkətləri qiymətləri ya sabit saxlayır, ya da artırırlar. Köhnə mənzillərin də adekvat olaraq qiymətləri artır. Xüsusən də ipoteka ilə bağlı alıcılıq qabiliyyətinin artdığı dövrdə dinamik xarakter alır".
Həmidə İbrahimova
AzVision.az
Teqlər: