Naxçıvanda narkotik satanlar tutulublar

Naxçıvanda narkotik satanlar tutulublar
  22 Aprel 2024    Oxunub:625
Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.
Naxçıvan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Şahin Əliyev və Şərur rayon sakini, 1996-ci il təvəllüdlü Nurel İbrahimov müəyyən edilərək saxlanılıblar.

Şahin Əliyevin evinə baxış zamanı narkotik və psixotrop maddə olan metamfetamin, həmçinin 20 ədəd satışı qadağan olunan "Preqabalin" həbləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: cinayət   narkotika   Naxçıvan  





Xəbər lenti