Prezident: "Mütəxəssislərimiz BAM-ın tikintisində fəal iştirak ediblər"

      Prezident:    "Mütəxəssislərimiz BAM-ın tikintisində fəal iştirak ediblər"
  22 Aprel 2024    Oxunub:626
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birgə Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşüb.
AzVision.az xəbər verir ki, Prezidentimiz çıxışı zamanı BAM-ın tikintisində azərbaycanlı mütəxəssislərin rolunu vurğulayıb.

"Onu (BAM - red.) təsadüfən "ümumittifaq tikintisi" adlandırmırdılar. Əlbəttə, fəxr edirik ki, azərbaycanlı inşaatçılar, mütəxəssislər tikintidə fəal iştirak ediblər", - o bildirib.

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   prezident   çıxış  





Xəbər lenti