Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başlanıldı

 Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başlanıldı
  23 Aprel 2024    Oxunub:629
Azərbaycanla Ermənistan sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün yaydığı məlumatda deyilir.

Bildirilib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti