İlham Əliyev: AİB-ə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

      İlham Əliyev:    AİB-ə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var
  23 Aprel 2024    Oxunub:533
Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

Avrasiya İqtisadi Birliyin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var”.

AzVision.az


Teqlər:





Xəbər lenti