"Xankəndidə doğulan oğlumun adı "İlham" olacaq - FOTOLAR

   "Xankəndidə doğulan oğlumun adı "İlham" olacaq -    FOTOLAR
  23 Aprel 2024    Oxunub:757
Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib.
AzVision.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub.

Körpənin atası "Qafqazinfo"ya açıqlamasında bildirib ki, onların oğlan övladı olub:

"Atam, anam tarixi Azərbaycan torpağı Borçalı mahalında anadan olub. Özüm Bakı şəhərində dünyaya gəlmişəm. Qismət elə oldu ki, övladım bu torpaqda dünyaya göz açdı. 2022-ci ilin dekabrında ailə qurmuşuq. Bu gün oğlumuz dünyaya gəldi. Çox sevincliyik. Həkim əməliyyatla olmasını məsləhət görmüşdü. Çox şükür ki, proses problemsiz həyata keçdi".

A.Abdullayev deyib ki, artıq körpənin adını da seçiblər:

"Adı bizə bu günləri yaşadan Ali Baş Komandanın adı ilə bağlıdır. Övladımın adı İlham olacaq".

Onun sözlərinə görə, ötən ilin oktyabrında işlə bağlı Xankəndiyə gəlib:

"Azərsu" ASC-nin tabeliyində fəaliyyət göstərən Qarabağ Regional Su-Kanal İdarəsində işləyirəm. Burada elə həm də iş yoldaşım olan həyat yoldaşımla birlikdə yaşayıram. Bu torpaqlarda igid-igid oğullarımızı itirmişik. Bu gün isə bir əsgər də artdı. Övladımın burada doğulması ilə bağlı arzu, istək, dilək sadəcə bu idi".

AzVision.az

Qalereya




Teqlər: Xankəndi   ilk-körpə  





Xəbər lenti