Tovuz stansiyasında sərnişinlərin qəbulu dayandırılıb

Tovuz stansiyasında sərnişinlərin qəbulu dayandırılıb
  23 Aprel 2024    Oxunub:449
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarına Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir.
ADY-dən AzVision.az -a verilən məlumata görə, təmir-yenidənqurma işlərinin aparılması ilə bağlı hazırda qatarların Tovuz stansiyasında dayanması mümkün deyil.

Bildirilib ki, yaxın aylarda təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və stansiya yenidən sərnişinləri qəbul edəcək.

AzVision.az


Teqlər: ADY   qatar   Tovuz  





Xəbər lenti