Peruda avtobus qəzası: 25 nəfər ölüb

 Peruda avtobus qəzası:  25 nəfər ölüb
  30 Aprel 2024    Oxunub:850
Perunun şimalında avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 25-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Kajamarca regional səhiyyə departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda faciənin səbəblərini müəyyən etmək üçün müvafiq araşdırmalar aparılır.

Hadisə sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində baş verib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti