18 ildə insan alverinə görə 636 nəfər məsuliyyətə cəlb olunub

   18 ildə insan alverinə görə 636 nəfər məsuliyyətə cəlb olunub
  17 May 2024    Oxunub:704
2005-2023-cü illər ərzində insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilənlərin cinsi mənsubiyyəti məlum olub.
AzVision.az -ın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb.

Qeyd edilib ki, 2005-2023-cü illər ərzində insan alveri cinayətlərinə görə 636 nəfər məsuliyyətə cəlb edilib, onlardan 95-i kişi, 541-i isə qadındır.

Bundan başqa, 2005-2023-cü illərdə 1350 nəfər insan alveri qurbanı olub. Onlardan 1264 nəfəri qadın, 86-sı isə kişi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti