Gevondyan: “Ermənistandan bir avtobus dayanacağı qalacaq”

   Gevondyan:    “Ermənistandan bir avtobus dayanacağı qalacaq”
  23 Noyabr 2024    Oxunub:315
Ermənistan Üçüncü Respublikanın süqutu ilə üz-üzə qalacaq və erməni dövlətçiliyinin xarabalıqları üzərində yaranacaq Dördüncü Respublika sadəcə olaraq suverenlikdən məhrum edilmiş “ərazi” olacaq.
AzVision.az xəbər verir ki, “Sputnik Armeniya” portalının efirində gedən “Abovyan time” proqramında politoloq Alen Gevondyan ölkədəki vəziyyət barədə özünün bədbin fikirləri ilə bölüşüb.

“Baş nazir Nikol Paşinyanın dövlət rəmzlərinə, Müstəqillik Bəyannaməsinə və s. hücumlarla son çıxışı onun bütün baş nazirliyi dövründə ikinci və ya üçüncü əhəmiyyətli çıxışı oldu. Bu doktrinal təqdimat idi. O, deyir: “Üçüncü Respublika bitdi!”, “Bəsdir!”. Siyasi-hüquqi mənada ölkəmizi Ermənistan Respublikası adlandırmaq olar, amma məzmun baxımından bu, ərazi olacaq. Amma ərazinin elmlər akademiyası və ya orduya ehtiyacı yoxdur, çünki “sülh gündəmi” ticarət, yemək, əyləncə gündəmidir”, - ekspert iddia edib.

Onun fikrincə, Ermənistandan hansısa ərazinin, avtobus dayanacağının və ya asfaltlanmış ərazinin qalması vacib deyil. Çünki böyük güc tarazsızlığı şəraitində Ermənistan bir dövlət kimi mövcudluğunu tamamilə dayandıra bilər. Ən acınacaqlısı isə budur ki, belə bir ssenari üzrə erməni cəmiyyətində daxili konsensus var.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   iflas  





Xəbər lenti