Saxta elanlar yayan dələduz saxlanılıb - VİDEO

   Saxta elanlar yayan dələduz saxlanılıb -    VİDEO
  30 Aprel 2024    Oxunub:758
Elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan beh alan dələduz saxlanılıb.
DİN-dən AzVision.az -a verilən məlumata görə, bu barədə polisə çoxsaylı şikayətlər daxil olub.

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin əməlləri törədən 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Elman saxlanılıb.

Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub. E.Həsənov digər şəxslərin adına olan mobil nömrələrdən istifadə etməklə onunla əlaqə saxlayan vətəndaşlara həmin məhsulları satacağı vədi verərək müxtəlif məbləğlərdə “beh” alıb. Zərərçəkənlər göndərdikləri pulları həmin şəxsin özünə aid olmayan bank hesab kartlarına köçürüblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

AzVision.az


Teqlər: cinayət   dələduzluq   DİN  





Xəbər lenti