Qadın güləşçimiz Avropa çempionu olub

 Qadın güləşçimiz Avropa çempionu olub
  24 May 2024    Oxunub:1255
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
AzVision.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsinə malik idmançı finalda türkiyəli Elvira Kamaloğluna 5:3 hesabı ilə qalib gəlib.

Bu gün həmçinin digər qadın güləşçimiz Mərziyyə Sadıqova (72 kiloqram) bürünc medal görüşünə çıxacaq.

Avropa çempionatında Azərbaycan güləşçiləri ümumilikdə 10 medal qazanıblar. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram), Elnurə Məmmədova (53 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.

AzVision.az


Teqlər: idman   güləş   çempion  





Xəbər lenti