Şizomillət
Hələ lap çoxdan, gərək ki, sovetlər dönəmi idi, Montesxie ilə (Charles-Louis de Secondat, baron de La Brde et de Montesquieu) söhbətlərimin birində o söyləmişdi ki, millətlərin də adamlar kimi halı var. Doğulurlar, uşaqlıq dövrünü, gənglik və qocalıq dövrünü yaşayırlar və sonra ölürlər.
Bəxtiyar Bahabzadə gələcəkdə şeirlərinin birində yazacaqdı ki:
Cavanlıqda -
Əllər uzun, dillər qısa,
Qocalıqda -
Dillər uzun, əllər qısa.
Yəqin qocalıqdandı, dünyanın hansı yerində görüş yeri verdiyimizi unutmamışıqsa, yaxşı halda ora bir saat gec gəlirik. Bizdə bir saat gecikmək tam vaxtında gəlmək kimidi.
Necə ki, indi mən ölümdən sonrakı taleyimi yazıram və tam yerinə düşür.
Əgər hər gün biz bir görüşə bir saat gecikiriksə, normal insan ömründə bu, 20 min saatdan yuxarı eləyir. Bu da bərabərdir bir ömürdə 3 ilə. Nəzərə alsaq ki, babalarımız, dədlərimiz gecikib və bu prosses hələ də davam edir. Heç şübhəsiz gələcəyimiz - uşaqlarımız da gecikəcək. Onda baxın görün, biz hardayıq. Gələcəyimiz gecikəcək...
Böyük adamlar cavan yaşlarında qəhrəmancasına ölmürlərsə, sonları dəlixanalıqdı.
QEYD: Şizofreniya xəstəliyi, haqqında danışılan adamın iki şəxsiyyətli olması deyil, eyni anda iki fərqli həqiqətə inanmasıdır. "Gerçək həqiqət" normal, sıravi insanın qəbul etdiyi, "ikinci həqiqət" isə sağlam insanın anlaya bilməyəcəyi, çox zaman müəyyən sistemə əsaslanan bir həqiqətdir.