Qarabağ ATƏT PA-nın yay sessiyasında müzakirə ediləcək

Qarabağ ATƏT PA-nın yay sessiyasında müzakirə ediləcək
  13 May 2013    Oxunub:1338
Dağlıq Qarabağ münaqişəsi ATƏT PA-nın İstanbul sessiyasının qətnamə layihəsinə daxil edilib
ATƏT parlament Assambleyasının 22-ci illik sessiyası “Helsinki+40” prosesinə və Helsinki Yekun Aktının 40 illiyi ərəfəsində ATƏT-in öhdəlik götürdüyü məsələlərin həllini tapması istiqamətində Parlament Assambleyasının roluna həsr olunacaq. Bu barədə AzVision.az-ın ATƏT PA-nın rəsmi saytına istinadən xəbər verir.

Yay sessiyası zamanı ATƏT PA-nın yeni prezidenti, vitse-prezidenti və komitə sədrləri də seçiləcək və ATƏT PA komitələrinin də iclası keçiriləcək.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi isə qurumun Siyasi və Təhlükəsizlik məsələləri Komitəsinin iclasında müzakirə olunacaq. Qarabağ məsələsi komitənin Litvalı deputat Vilija Aleknaite Abramikiene hazırladığı hesabata da daxil edilib.

Hesabatda ATƏT sədrliyi Cənubi Qafqaz və Moldovada dondurulmuş münaqişələrin, o cümlədədn Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş səylərini ikiqat artırmağa çağırılır.

Qeyd edək ki, qurumun yay sessiyası öz işini İyunun 29-dan iyulun 3-dək İstanbulda davam etdirəcək. Bütün görüşlər Lütfü Kırdar Beynəlxalq Konvensiya və Sərgi Mərkəzində keçiriləcək.



Teqlər:  





Xəbər lenti