Bəşər Əsəd qalib gələ bilər – TƏHLİL

Bəşər Əsəd qalib gələ bilər – TƏHLİL
  24 May 2013    Oxunub:1871
Moskva Suriyada ABŞ-a tələ qurub
ABŞ-ın dövlət katibi Con Kerrinin bu yaxınlarda Rusiyaya səfəri zamanı Moskva rəsmi şəkildə Vaşinqtona yeni beynəlxalq konfransın keçirilməsi üçün razılıq verdi. 2011-ci ilin martından bu yana Suriyanın müxalifəti və hakimiyyət nümayəndələri ilk dəfə olaraq böyük dövlətlərin himayəsilə danışıqlar masasına əyləşə bilrlər.

İran, Rusiya və Livanın “Hizbullah” qrupu Bəşər Əsəd rejimini dəstəkləyirlər. Buna görə də, beynəlxalq konfrans barədə razılığa baxmayaraq, həmin ölkələr Suriyada yeni zenit-raket kompleksləri yerləşdirməkdə davam edirlər. Qərb dövlətlərindən maddi və hərbi dəstək almayan üsyançılar isə artıq bir neçə həftədir ki, Bəşər Əsəd qoşunlarının hücumuna tab gətirməyərək, öz mövqelərini itirir. Əsəd qoşunlarının taktiki qələbələri xarici müttəfiqlərinin hesabına baş verir.

Ekspertlər güman edirlər ki, Rusiyanın razılığı ilə yeni konfrans 2012-ci ilin iyun 30-da Cenevrədə baş tutan və konkret nəticə verməyən ilk görüşün davamı olacaq. Konfransın digər məqsədi üsyançılar arasında fikir ayrılığı yaratmaqdır.

Bir sıra Qərb paytaxtlarının tanıdığı Suriya müxalifətinin Milli Koalisiyası çətinlik qarşısındadır. Ona yeni və güclü lider lazımdır. Üsyançılarının “Cəbhət ən-Nüsra” hərəkatı ilə bağlı olan hissəsi ( haradasa 10%-i) “Əl-Qaidə”yə meyillidir. İslam Hərəkatının nümayəndələri isə Azad Suriya Ordusunu tanımır və 2011-ci ilin iyulundan Qərbdən dəstək alır.

Yeni konfransın dəqiq tarixi göstərilməsə də, onun iyunun sonunda keçiriləcəyi bildirilib. Avropa diplomatik mənbələrinin məlumatına görə, Suriya rejimi müxalifətlə danışıqlar aparmaq üçün artıq beş naziri müəyyən edib: hazırkı baş nazir Vaəl əl-Həlqi, baş nazirin müavini Qədri Cəmil, informasiya naziri Omran Zoabi, milli barışıq naziri Əli Heydər və Qırmızı Xaç işləri üzrə dövlət naziri Cozef Sveyd.

Bəs “Əlləri qana bulaşmış” hakimiyyət nümayəndələri ilə danışıqlar aparmaq istəməyən müxalifət üçün bu adlar münasibdirmi?

Bundan başqa, müxalifət güman edir ki, siyasi keçid prosesi yalnız Bəşər Əsəd hakimiyyətdən gedəndən sonra mümkündür. Əsəd isə öz növbəsində bildirib ki, o, prezident postunu mandatı bitənədək – yəni 2014-cü ilədək tərk etməyəcək. “Yalnız Suriya xalqı kimin və nə vaxt hakimiyyətdən getməsinə qərar verə bilər. İstefa vermək – qaçmaq deməkdir” ,- deyə o, Argentina KİV-nə müsahibəsində söyləyib.

Bəs Suriya məsələsi üzrə, Suriyanın əsas yeganə müttəfiqi olan İran iştirak etmədən (ABŞ və Fransa daxil olmaqla bir sıra ölkələr onun iştirakına qarşıdır) siyasi qərara gəlmək olarmı?

ABŞ-ın dövlət katibi Con Kerri Omanda və İstanbulda Suriya inqilabçı və müxalifət qüvvələrinin Milli Koalisiya nümayəndələrilə “Suriyanın dostları” görüşü üçün hazırlığı müzakirə etməlidir. Münaqişənin iştirakçılarının bir masa arxasında toplaşaraq, işin siyasi tərəfini müzakirə etməsi hələ mümkün deyil. Bəşər Əsəd isə Rusiya və İranın dəstəyi ilə mövqelərini geri almağa çalışır.

Moskva ABŞ-a bu cür tələ qurmaqla Suriyaya vaxt qazanmaqda kömək edə bilər.

Leyla Cavadova
AzVision.az



Teqlər:





Xəbər lenti