Karla Bruni Sarkoziyə `kələmim` deyir

Karla Bruni Sarkoziyə `kələmim` deyir
  30 May 2013    Oxunub:1761
Dünyada insanlar sevdiklərini, istəkli yaxınlarını ən gözəl sözlərlə əzizləyirlər
Dünyada insanlar sevdiklərini, istəkli yaxınlarını ən gözəl sözlərlə əzizləyirlər. Lakin bəzi dillərdə əzizim mənasını ifadə edən sözlər bir az məzəli səslənir.

Fransızca kələm mənasını ifadə edən "chou"sözü 2 dəfə təkrar edilərsə, ("chouchou") əzizim mənasını verir. Keçmiş Fransa prezidenti Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni onu məhz belə ("chouchou") əzizləyir.

Braziliyada danışılan portuqal dilində "chuchu" sözünün mənası boranı olsa da, əslində o da əzizim mənasındadır.

Yaponiyada isə aşiqlər qadınlara gözləri olan yumurtam (egg with eyes) deyə xitab edirlər. Yapon mədəniyyətində yumru, yumurta kimi sifəti olan qadınlar cazibədar hesab edilir. Bunu Yapon rəsm əsərlərində də görmək olar.

İngiliscə "honey" (bal), İspancada "Terron de azucar" (bir parça qənd) ifadəsi Azərbaycan dilindəki şirinim, şəkərim ifadəsi kimi başa düşülür.

İndoneziyalılar "buah hatiku" sözünü məhəbbət mahnılarında, şerlərində istifadə etsələr də, hazırda bu söz daha çox uşaqları əzizləyəndə deyilir.

Fransızca "Ma puce"-mənim birəm ifadəsi isə mənim şirinim, əzizim ifadəsiylə eyni mənadadır.

Ərəbcə "ghazal" ceyran sözü isə gözəl qadınlara deyilir.

Tayların ən sevdiyi heyvan fillərdir. Tayca "chang noi" ifadəsi (balaca fil) də əzizləmə mənasındadır.
Çincə "Chen yu luo yan" (özünü itirən balıq, yerə çırpılan qaz deyə tərcümə olunan bu sözün hekayəsi var. Çinli oğlan vurulduğu çinli qıza bu ifadəni işlətsə, qızın gözəlliyinə işarə etmiş olur.

Rusca balaca göyərçin kimi tərcümə olunan "qolubchik" (kişi)/ qolubushka (qadın) sözləri də əzizim mənasını verir.

AzVision


Teqlər:  





Xəbər lenti