`Neftin qiyməti 130 dollara qalxacaq` - Proqnoz
Həmçinin bildirilib ki, neftin qiymətinin kəskin azalması əsasən çətin hasil olunan neftin həcminin azalmasına gətirib çıxarıb. Belə ki, 2015-ci ildə bu tip neftin gündəlik hasilatı 4,9 mln. barel/gün olubsa 2017-ci ildə bu göstəricinin 4,2 mln. barelə enməsi gözlənilir. 2040 -cı ilə qədər isə hasilatın 7,1 mln. barel/günə yüksəlməsi ehtimal edilir.
ABŞ-ın neft hasilatının artırmasına həmçinin şelf yataqlarındakı ehtiyatların işlənib hazırlanması kömək edəcək. Belə ki, 2040-cı ilə qədər şelf sahələrindən hasilatın gündəlik 1,6 mln. barelə çatması propqnozlaşdırılır.
AzVision.az