Oktyabrın 26-da mühüm qərar veriləcək
Puliti bildirib ki, mineral ehtiyatların hasilatı ilə məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (EITI) oktyabr ayının 26-da Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycanla bağlı iclas keçirəcək:
“İclasda Azərbaycanın korrupsiya əleyhinə gördüyü tədbirlər, şəffaflıq və digər mühüm məsələlər müzakirə olunacaq. Azərbaycanın bu məsələlərdə inkişaf etdiyini, bu inkişafın davam edəcəyini və konstruktiv bir şəkildə irəlilədiyini təsdiq etməsini gözləyirik. Bu inkişaf bizim yaradacağımız maliyyə baxımından TANAP üçün kilid əhəmiyyət daşıyır. İclasda veriləcək qərar Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən TANAP və TAP layihələrinin maliyyələşdirilməsinə 1,5 mlrd. dollar həcmində kreditin ayrılıb-ayrılmayacağında əsas rol oynayacaq”.
O, əlavə edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı “Cənub Qaz Dəhlizi” layihəsini və onun bütün komponentlərini reallaşdırılmağa başlanan gündən dəstəkləyib.
AzVision.az