Azərbaycan Rusiyaya etiraz məktubu göndərdi

Azərbaycan Rusiyaya etiraz məktubu göndərdi
  24 Sentyabr 2016    Oxunub:2772
Azərbaycan Tarix Muzeyi Rusiya Dövlət Ermitajına etiraz məktubu göndərib.
Elmlər Akademiyasından AzVision.az-a verilən məlumata görə, Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurası Rusiya Dövlət Ermitajında 26-29 sentyabrda keçiriləcək II Beynəlxalq Şərq numizmatikası konfransının proqramına A.Akopyanın və P.Petrovun “Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747-1827)” adlı məruzəsinin daxil edilməsi ilə bağlı Ermitajın direktoru M.B.Piotrovskiyə və konfransın Təşkilat Komitəsinə müraciət qəbul edib.

Müraciətdə saxta erməni iddialarına söykənən məruzə müəlliflərinin qondarma “Şərqi Ermənistan” adı altında əzəli Azərbaycan torpaqlarını təqdim etməsinə etiraz bildirilib.

Sənəddə qeyd olunub ki, "bu cür iddialar tarixi həqiqətə, ilk mənbələrə ziddir və növbəti erməni təxribatının bariz nümunəsidir".

Müraciətdə Elmi Şuranın üzvləri A.Akopyanın və P.Petrovun məruzəsinin konfransın proqramından çıxarılmasını tələb ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti