`Bank Standard`da əmanətlər üzrə vəziyyət açıqlandı
`Qorunan əmanətçilərin sayı 138 min nəfərdir. Bu əmanətçilərdən 50 min nəfərin kompensasiya məbləği manatdan yuxarıdır. Bu günə “Bank Standard”da əmanətlərin məbləği 603 mln. manat, kompensasiya olunacaq məbləği 460 mln. manat təşkil etsə də, dolların məzənnəsindən asılı olaraq bu rəqəm dəyişə bilər. Əmanətlərin 62%-i dollarda və digər valyutalarda, 38%-i isə manatdadır`.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "Bank Standard" QSC-nin lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilib.
AzVision.az
Teqlər: