Qlobal Forum Azərbaycanın hesabatını təsdiq etdi
Azərbaycan üzrə ölkə hesabatının müzakirə olunduğu tədbirdə Vergilər Nazirliyini Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi Zaur Fətizadə, həmin Baş İdarənin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Yusifov və Maliyyə institutlarında vergi monitorinqi idarəsinin rəis müavini Vüsal Şıxəliyev, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin şöbə rəisi Nigar Alimovadan ibarət nümayəndə heyəti təmsil edib.
Hesabatın müzakirəsi Qlobal Forumun prezidenti, katibliyin rəhbəri, Qiymətləndirmə Qrupunun 30 ölkənin nümayəndələrindən təşkil olunmuş üzvləri, qiymətləndiricilərin iştirakı ilə həyata keçirilib və hesabat təsdiq edilib. Ölkə hesabatı oktyabr ayının sonlarında Qlobal Forum tərəfindən nəşr olunacaq.
AzVision.az
Teqlər: