Vergi yoxlamalarının müddəti azaldılır
Onun sözlərinə görə, 2016-cı ildə vergi sahəsində aparılacaq islahatlarda vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi mühüm yer tutur: "Müəyyənləşdirilmiş istiqamətlər üzrə görülən işlər hazırda yekunlaşmaq ərəfəsindədir. İlkin olaraq onu qeyd edə bilərəm ki, səyyar vergi yoxlamasının və elektron auditin keçirilməsi qaydaları hazırlanıb və Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilib. Yeni qaydalar vergi yoxlamalarının təyin edilməsi, yoxlamaların aparılması və nəticələri üzrə qərarların qəbul edilməsində vergi ödəyicilərinin qanuni maraqlarının qorunmasına, vergi ödəyiciləri ilə birbaşa təmasın azaldılmasına, yoxlamaya sərf ediləcək günlərin sayının azaldılmasına xidmət edəcək".
T. Quliyev əlavə edib ki, elektron auditin aparılması üçün mütəxəssislərin hazırlanmasına başlanılıb. O qeyd edib ki, mütəxəssislərə qanunvericilik üzrə bilik səviyyələrinin artırılması ilə yanaşı, onlara kompüter proqramlarından istifadə vərdişlərinin yüksəldilməsi üçün də təlimlər keçiləcək.
AzVision.az