Əmanətçilərə 460 milyon pul verilib
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 15 milyon 812 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 13 milyon 936 min manatı "Atrabank"ın, 1 milyon 876 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 038 min manatdan çoxdur.
Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 195 milyon 423 min manatdan artıq kompensasiya ödəyib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 460 milyon 889 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.
AzVision.az