Marsda qeyri-adi tapıntı

Marsda qeyri-adi tapıntı
  03 Noyabr 2016    Oxunub:3118
“Curiosity” kosmik aparatı Mars planetinin səthində dairəvi formaya malik metal meteorit aşkarlayıb.
Bu barədə “Gizmodo” informasiya agentliyi yazır. Nəşrin məlumatına əsasən, “Curiosity” qeyri-adi tapıntıya ötən həftə Şarp dağının ətəyində rast gəlib. “Egg Rock” adlandırılan meteoritin diametri dörd santimetrdir.

Tədqiqatçılar hesab edirlər ki, səma cisminin forması Qırmızı planetin atmosferinə daxil olması nəticəsində formalaşıb.

ABŞ-ın Arizona universitetinin alimlərinin fikrincə, meteoritin tərkibi nikel və dəmirdən ibarətdir. Səma cisminin yaxşı vəziyyyətdə qalması Marsda oksigenin olmaması ilə izah edilir.

Qeyd edək ki, “Curiosity” kosmik aparatı Mars planetinə NASA tərəfindən 26 noyabr 2011-ci il tarixdə göndərilib. Aparat 6 avqust 2012-ci il tarixində Qırmızı planetin səthinə Qeyl krateri rayonunda eniş edib. Bu NASA-nın “Mars Science Laboratory” proqramı çərçivəsində Qırmızı planetə göndərdiyi üçüncü aparatdır.

Şarp dağı Qeyl kraterinin mərkəzində yerləşir. Hündürlüyü 5,5 kilometrdir. (Oxu.az)

AzVision.az


Teqlər:





Xəbər lenti