Azərbaycanlı alim Nyu-York Elmlər Akademiyasının üzvü seçilib

Azərbaycanlı alim Nyu-York Elmlər Akademiyasının üzvü seçilib
  16 Noyabr 2016    Oxunub:2180
Noyabrın 11-də AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının iclasında bu günlərdə Nyu-York Elmlər Akademiyasının üzvü seçilən Zöhhak Abbasova həmin qurumun üzvlük diplomu təqdim olunub.
AMEA-dan AzVision.az-a verilən məlumata görə, İnstitutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Sonra icrası 2016-cı ildə başa çatmış elmi-tədqiqat işləri üzrə yekun hesabatlar müzakirə olunub, institutun analitik bazasının hazırkı vəziyyəti və burada görülən işlərin effektivliyinə nəzər salınıb.

“Terek-Xəzər çökəkliyinin cənub-şərq hissəsində çökmə süxurların karbohidrogen potensialı və onun realizasiya şəraiti”, “Cənubi Xəzər çökəkliyinin məhsuldar və qırmızı qat yataqlarında neft və qaz mənbələri”, “Azərbaycan Respublikasının çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi” mövzularında araşdırmalar, həmçinin GGİ və ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutu tərəfindən birgə yaradılmış beynəlxalq laboratoriyada elmi-tədqiqat proqramlarının gedişatı haqqında məruzələr dinlənilib.

İclasda təhsil və kadr məsələləri də müzakirə olunub.


Teqlər:  





Xəbər lenti