27 ton ərzaq satışdan çıxarılıb

27 ton ərzaq satışdan çıxarılıb
  17 Avqust 2013    Oxunub:1412
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə avqustun 16-da Samuxda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 260-dan çox istehlakçı iştirak edib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev məlumat verib ki, bu ilin 7 ayında həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 27,2 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Konfransda “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələr dinlənilib.

AzVision.az


Teqlər:





Xəbər lenti