“Multikulturalizm” jurnalının 3-cü nömrəsi işıq üzü görüb
Jurnalın “Multikulturalizm nəzəriyyəsi” bölməsində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “V Бакинский международный гуманитарный форум – плошадка мирового масштаба, которая дает понимание, в каком направлении обществу надо двигатъся” məqaləsi işıq üzü görüb.
“Müqəddəs ocaqlarımız” rubrikasında oxucular Mir Mövsüm Ağa ziyarətgahının sədri Hacı Nizam Həbiboğlunun, “Dialoq” bölməsində ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinkanın müsahibəsi ilə tanış ola bilərlər.
“Çoxmədəniyyətlilik” bölməsində filologiya elmləri doktoru Paşa Kərimovla filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Multikultural dəyərlər Azərbaycan ədəbiyyatının ideya-estetik təməli kimi”, “Teror multikulturalizmə qarşı” bölməsində tarixçi, jurnalist Müzəffər Məlikməmmədovun “Геноцид лезгин в Губинском уезде”, “Multikultural səyahət” bölməsində fəlsəfə doktoru Rəşad İlyasovun “Multikulturalizm, nasionalizm və İslam: İndoneziya, Azərbaycan və Türkiyə təcrübəsi” məqaləsi yer alıb.
“Axundov zalı” bölməsində Ataqamın “Fələstinli və sərçələr” hekayəsi, “Höte zalı” rubrikasında Mahir N.Qarayevin tərcüməsində 6 dünya şöhrətli şairin 12 şeiri dərc edilib.
Jurnalda Bakı Beynəlxalq Humanitar Forumuna xüsusi yer ayrılıb, forumun iştirakçısı olan xairici qonaqlardan bəzilərinin düşüncələrinə yer verilib.
“Multikulturalizm” jurnalının bu dəfəki region əlavəsi Qarabağ bölgəsinə həsr edilib: Qənbər Şəmşiroğlu, Tahir Rza, Vahid Əlifoğlu, Famil Səlimoğlu, Baxşeyiş Abbasoğlu, Telman Hüseyn, Rizvan Nəsiboğlu, İsa Sevər, İslam Kəbirli, Xatirə Rəhimbəyli, Yəhya Paşazadə, Xosrov Natil, Valeh Allahverdiyev, Vəli Qurbanoğlu, Kərəm Salahoğlu, Arif Məmmədli, Kamil Vəfədar, Ələmdar Cabbarlı, Məmməd İbrahimli, Vəliş Zirvəli, Yusif Kamal, Cahandar Aybər, Zabil Süleymanov, Zabil Təcnis, Seyid Malik, Məhsəti Musa, Gündüz Sevindik, Firuzə Mübarizqızı və Şəhriyar Seyidoğlunun şeirləri, Hacı Nərimanoğlu və Səfurə Çərkəzqızının hekayələri, Çinarə Ömray və Bəsti İsmayılovanın esseləri işıq üzü görüb.
Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. “Multikulturalizm” jurnalı fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur.
AzVision.az
Teqlər: