`Soyuq əllər, isti ürək` - Fotolar
“Nargis Fund” yarmarkanın sponsorları - Azərbaycan Beynəlxalq Bankı, “Amapola Exclusive Events”, “Caspian Drilling Company”, SEBA (Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası), “Azərişıq”, “Elevatione”, “Norm”, “Fresh Catering” ilə birlikdə ehtiyacı olan uşaqlara (müalicə, cərrahiyyə əməliyyatı və sair) kömək göstərəcək.
Yarmarkanın əsas qonaqları uşaq evlərinin sakinləri olacaq. Onları tanınmış adamlarla görüşlər, sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və sponsorların hədiyyələri, sürprizlər və çoxsaylı əyləncələr gözləyir.
Xeyriyyə yarmarkası Fəvvarələr meydanındakı kiçik taxta evlərdə təşkil edilib. Burada doğmalar və yaxın adamlar üçün Yeni İl hədiyyələri, suvenirlər, kitablar, geyim və şirniyyat almaq, bununla da ehtiyacı olan uşaqlara böyük sevinc bəxş etmək olar. Satışa yalnız müxtəlif şirkətlərin məhsulları deyil, həm də internat məktəblərinin yetirmələri tərəfindən hazırlanan məmulatlar çıxarılıb.
FOTO: Elvin Abdulla
AzVision.az