Mitinq üçün “qaynar xətt”

Mitinq üçün “qaynar xətt”
  18 Avqust 2013    Oxunub:1461
Mətbuat Şurası mitinqdə monitorinq aparacaq, bunun üçün “qaynar xətt” də yaradılıb.
Azərbaycan Mətbuat Şurası avqustun Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçiriləcək icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə yaradılmış şəraitin monitorinqini aparacaq.

Mətbuat Şurasından verilən məlumata görə, monitorinq, eyni zamanda, kütləvi informasiya vasitələri nümayəndələrinin prosesi işıqlandırarkən üzləşə biləcəkləri mümkün maneələrin dərhal aradan qaldırılmasına da yardımçı olmağı nəzərdə tutur. Bu məqsədlə Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvləri, həmçinin qurumun mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasının təmsilçiləri aksiya yerində olacaqlar. Bundan başqa, Şuranın 441-35-96 saylı telefon nömrəsi də mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərəcək.

Mətbuat Şurası peşə fəaliyyətini yerinə yetirəcək jurnalistlərin icazəli və ya icazəsizliyindən asılı olmayaraq, bütün aksiyalara üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə gəlməyi tövsiyə edir. Jurnalistlər prosesi işıqlandırarkən hər hansı maneə ilə üzləşdikləri halda bu barədə həm Şuranın monitorinq qrupunun üzvlərinə, həm də “qaynar xətt”inə məlumat verə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti